Naxçıvanda güzəştli maliyyələşmə 4,6 dəfə artıb

Naxçıvanda güzəştli maliyyələşmə 4,6 dəfə artıb

23 Dekabr 2025

Cari ilin yanvar–noyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 12,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib. Bu vəsait 135 layihənin maliyyələşdirilməsinə yönəldilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ayrılmış güzəştli kreditlərin məbləği 9,9 milyon manat və ya 4,6 dəfə, layihələrin sayı isə 5,4 dəfə artmışdır.

Maliyyələşdirilmiş layihələr hesabına 350 yeni iş yeri yaradılması nəzərdə tutulur.