Səlahiyyətli Nümayəndəliyin kollektivi Zəfər Abidəsini ziyarət edib -

Səlahiyyətli Nümayəndəliyin kollektivi Zəfər Abidəsini ziyarət edib - FOTO

08 Noyabr 2026

Noyabrın 8-də Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və nümayəndəliyin kollektivi Naxçıvan şəhərində yerləşən Zəfər Abidəsini ziyarət ediblər. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, abidə önünə gül dəstələri qoyulub, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.