Səmərqənddə Beynəlxalq İqlim Forumu başlayıb

Səmərqənddə Beynəlxalq İqlim Forumu başlayıb

04 Aprel 2025

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Mərkəzi Asiya-Avropa İttifaqı sammiti çərçivəsində Beynəlxalq İqlim Forumu işinə başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan dövlət başçısı Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak edirlər.

İki gün davam edəcək İqlim Forumu aparıcı ekspertləri, siyasətçiləri, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələrini iqlim dəyişikliyi, davamlı inkişaf və regional əməkdaşlıqla bağlı aktual məsələləri müzakirə etmək üçün bir araya gətirib.