
Qəsdən sağlamlığa ağır zərər vurmağa görə məsuliyyət hansı hallarda yaranır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qəsdən sağlamlığa ağır zərər vurmağa görə məsuliyyət hansı hallarda yaranır və Azərbaycan Respublikası Cinayət Məcəlləsində hansı məsuliyyətə səbəb olur?
Cavab: Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə Azərbaycan Respublikası CM-si ilə müəyyən edilmiş qaydada doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi I dərəcəli hüquqşünas - Nurlan Əhmədli