Sevgilim mənə görə intihar edəcəyini deyir. Məsuliyyət daşıyırammı? -

Sevgilim mənə görə intihar edəcəyini deyir. Məsuliyyət daşıyırammı? - HÜQUQ MƏSLƏHƏTİ

10 Aprel 2025

Sual: Sevgi münasibətində olduğum qadın mənə görə intihar edəcəyini bildirir. Bu halda mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən məsuliyyət daşıyırammı?

Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən, məsuliyyət yalnız o halda yaranır ki, təqsirkar şəxs — yəni cinayəti törədən şəxs — zərərçəkmişlə maddi, xidməti və ya digər cəhətdən asılı münasibətdə olub, onunla amansız rəftar etsin, ləyaqətini mütəmadi olaraq alçaltsın və ya ona hədə-qorxu gəlsin. Yalnız bu hallarda həmin şəxsin özünü öldürməsi və ya buna cəhd etməsi hüquqi məsuliyyət doğurur.

Cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Heydər İbrahimli