
Maliyyə tələbləri nədir?... HÜQUQ MƏSLƏHƏTİ
Sual: Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Maliyyə xarakterli tələblər dedikdə hansı məlumatlar nəzərdə tutulur?
Cavab: Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:
1. mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;
2. vergitutma obyekti olan əmlakı barədə;
3. kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;
4. şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;
5. beş min beş yüz manatdan yuxarı olan borcu barədə;
6. min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov