TƏBİB bu il 66 mindən çox göndərişi təsdiqləyərək əlillik altsisteminə ötürüb

TƏBİB bu il 66 mindən çox göndərişi təsdiqləyərək əlillik altsisteminə ötürüb

19 Dekabr 2025

Bu ilin 11 ayı ərzində tibb müəssisələrindən 72 min 718 göndəriş "e-TABİB" Xəstəxana İdarəetmə Sisteminin "Forma-088" moduluna daxil edilib və imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

O bildirib ki, əlavə olaraq 66 min 362 göndəriş TƏBİB tərəfindən təsdiqlənərək əlillik altsisteminə ötürülüb:

"Əlilliyi olan şəxslərin göndərişlərin ("Forma-088") yazılmasında şəffaflığın və operativliyin təmin olunması məqsədilə instrumental və laborator müayinələrin nəticələrinin "Forma 088" moduluna avtomatik olaraq inteqrasiya edilməsi təmin edilib".