Təhsil naziri Culfa rayonunda vətəndaş qəbulu keçirib

Təhsil naziri Culfa rayonunda vətəndaş qəbulu keçirib - FOTO

24 Sentyabr 2026

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Culfa rayonunda vətəndaşları qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Culfa Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.