Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər

28 Noyabr 2025

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasındakı Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.

Onlar Gümrü-Qars dəmir yolunun bərpasına yönəlmiş texniki müzakirələrin ikinci raundunu keçiriblər.