UNICEF nümayəndələri Naxçıvanda  qiymətləndirmə aparıblar -

UNICEF nümayəndələri Naxçıvanda qiymətləndirmə aparıblar - FOTO

03 Dekabr 2024

BMT-nin Uşaq Fondu (UNICEF) nümayəndələri Naxçıvanda bir sıra xəstəxanalarda immunizasiya proqramlarının icra səviyyəsini qiymətləndirmək məqsədilə yoxlamalar aparıblar. Bu proseslər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyevanın iştirakı ilə həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlamalar zamanı Naxçıvanın müxtəlif bölgələrində, o cümlədən Naxçıvan şəhərində, Babək, Şahbuz, Ordubad, Culfa, Şərur, Sədərək və Kəngərli rayonlarında immunizasiya proqramlarının icrası araşşdırılıb.

Bu yoxlamaların əsas məqsədi, immunizasiya tədbirlərinin düzgün və vaxtında yerinə yetirilməsini, peyvəndlə bağlı məlumatların dəqiqliyini və əhalinin bu sahədəki maarifləndirilməsi səviyyəsini qiymətləndirmək olub. UNICEF nümayəndələrinin apardığı yoxlamalar, bölgələrdə uşaq sağlamlığının qorunmasına yönəlmiş proqramların effektivliyini təmin etmək məqsədini daşıyıb.