Vüqar Abbasov İstanbulda keçirilən COMCEC Zirvəsində iştirak edir -

Vüqar Abbasov İstanbulda keçirilən COMCEC Zirvəsində iştirak edir - FOTO

02 Noyabr 2025

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) İstanbulda 41-ci Liderlər Zirvəsinə ev sahibliyi edir. Noyabrın 1-dən 4-dək davam edən tədbir İslam dünyasının ən mühüm iqtisadi və ticarət əməkdaşlıq platformalarından biridir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Zirvə çərçivəsində keçirilən 1-ci İƏT Liderləri Zirvəsində (B57+ qrupu) İslam ölkələri arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb. Görüşdə Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, Türkiyənin ticarət naziri Ömər Bolat, İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Cassər, İslam Ticarət və İnkişaf Palatasının prezidenti Abdullah Saleh Kamel, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və digər rəsmilər iştirak ediblər.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da iştirak edib. Görüş zamanı İslam Əməkdaşlıq Təşkilatının investisiyaların artırılması istiqamətində atacağı addımlar, xüsusilə Naxçıvan Muxtar Respublikasına yeni investorların cəlb edilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda, Azərbaycanda və Naxçıvanda həyata keçirilə biləcək birgə iqtisadi layihələr barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu təşəbbüslərin reallaşdırılması İslam İnkişaf Bankının dəstəyi ilə planlaşdırılır.