Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb

28 Noyabr 2025

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 16 ailə (55 nəfər) köçürülür.

Qırmızı Bazara köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla qəsəbəyə köçürülən ailələrin sayı 67-yə (254 nəfər) çatacaq.