AHİK-də Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib - FOTO
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar "Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə olunması" mövzusunda tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən AHİK sədrinin müavini, Konfederasiyanın Mülki Müdafiə Qərargahının rəisi Qəzənfər Abdullayev mülki müdafiə, fövqəladə hallara hazırlığın gücləndirilməsi və ekoloji risklərin idarə olunması sahəsində maarifləndirmə işinin vacibliyini vurğulayıb. Bildirilib ki, müasir dövrdə iqlim dəyişmələri, texnogen təhlükələr və ekoloji çağırışlar cəmiyyət qarşısında yeni vəzifələr qoyur.
AHİK-in Əməyin və Sağlamlığın Mühafizəsi şöbəsinin müdiri Adil Rəhimli isə iş yerlərində təhlükəsizlik qaydaları və risklərin düzgün qiymətləndirilməsi mexanizmləri barədə təqdimatla çıxış edib, həmkarlar ittifaqlarının bu sahədəki vəzifələrini diqqətə çatdırıb.
Həmçinin tədbir çərçivəsində iştirakçılara ekoloji təhlükələr, fövqəladə hallara hazırlıq, kollektiv mühafizə vasitələri, eləcə də əmək mühitində təhlükəsiz davranış qaydaları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.










