Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürist addımları davam edir

Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürist addımları davam edir

04 Fevral 2025

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin əldə etdiyi görüntülərə görə, bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.

Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.