Fərid Qayıbov  Tamaş Yojef Tormanı qəbul edib

Fərid Qayıbov Tamaş Yojef Tormanı qəbul edib

04 Fevral 2025

Gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Tamaş Yojef Tormanı qəbul edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı gənclər sahəsində mübadilə imkanları və idman sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova və Macarıstan Səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə birinci baş katibi Monika Felföldi də iştirak ediblər.