Naxçıvan karateçiləri imtahan veriblər -

Naxçıvan karateçiləri imtahan veriblər - FOTO

03 Fevral 2025

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 2 Fevral – Gənclər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq “Gənclər həftəsi” çərçivəsində daha bir idman tədbiri keçirilib. Belə ki, fevralın 2-si Naxçıvan şəhərində Azərbaycan Karate Federasiyasının (AKF) muxtar respublika üzrə nümayəndəliyi tərəfindən növbəti kəmər imtahanı keçirilib. Bu prosesdə 8-20 yaşlarında 40 karateçi iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, imtahanı AKF-nin Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Nəriman Quliyev, imtahan komissiyasının üzvləri Nicat Allahverdiyev və Qələndər Bünyatov qəbul ediblər.