Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif olunub
Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına "Reklam haqqında" qanuna dəyişiklik daxil edilməlidir:
"Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır”.
M.Quliyev bildirib ki, bir sıra televiziya kanallarındakı şou proqramlarda tibbi xidmətlər, ayrı-ayrı həkimlər və klinikalar reklam olunur:
"Hətta reklam bir tərəfə qalsın, hətta verilişlərin sponsorluğunu da həkimlər edirlər. Əlbəttə, tibb sahəsində xidmətlərin reklamına qarşı deyilik, ancaq müəyyən çərçivələri, normaları var. Ancaq son dövrlərdə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədəkiçiltmə əmliyyatlarında ölüm, ağırlaşma hallarıının baş verməsində reklamların, şou proqramların mənfi təsiri var".