Liv Bona Dea Hospitalının həkimləri Naxçıvanda 188 nəfəri müayinə edib -

Liv Bona Dea Hospitalının həkimləri Naxçıvanda 188 nəfəri müayinə edib - FOTO

01 Fevral 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Liv Bona Dea Hospitalından dəvət olunan oftalmoloq həkimlər, Əhməd Abdullayev və Pərvanə Abdullayeva, Naxçıvan Sağlamlıq Mərkəzində iki gün ərzində geniş müayinələr həyata keçiriblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müayinələrdə pasiyentlərin ümumi göz sağlamlığı ilə yanaşı, qlaukoma, katarakta (mirvari suyu), torlu qişa (restina) xəstəlikləri, keratokonus, buynuz qişa problemləri, astiqmatizm, çəplik, blefaroplastika və DSR kimi müxtəlif oftalmoloji xəstəliklər də nəzərdən keçirilib.

İki gün ərzində keçirilən müayinələr nəticəsində ümumilikdə 188 nəfər yoxlanılıb. Həkimlər, hər bir pasiyentin vəziyyətini qiymətləndirərək, müvafiq müalicə və profilaktika tədbirləri barədə tövsiyələr veriblər. Bu təşəbbüs, Naxçıvanda göz sağlamlığının qorunmasına və daha əlverişli sağlamlıq xidmətlərinin təmin edilməsinə yönəlmişdir.