Naxçıvanda fevralın 3-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fervarlın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 3-8 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz isə 5+10° isti olacağı proqnozlaşdırılır.