Cari tədris ili üzrə müsabiqədə 6 211 gənc müəllim qəbul olunub

Cari tədris ili üzrə müsabiqədə 6 211 gənc müəllim qəbul olunub

02 Fevral 2025

2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində ümumilikdə 6 211 müəllim işə qəbul olunub.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib.

Qeyd edilib ki, 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 3 212 gənc müəllim müddətsiz qəbul olunub. Eyni zamand 2 999 gənc müəllim isə müddətli müqavilə ilə ümumi təhsil müəssisələrinə işə qəbul edilib.