“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik təsdiqlənib
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dəyişikliyə əsasən, qanunun əsas anlayışları nəzərdə tutan 1-ci maddəsində operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilib.
Belə ki, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması işlərini icra edən avtomobillər də operativ nəqliyyat vasitəsi hesab olunur.