Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib.
MSK katibi Arifə Muxtarova bildirib ki, 81 saylı İmişli seçki dairəsi üzrə 42, 43, 44, 45, 46 saylı məntəqələrdə bələdiyyə seçkiləri üzrə nəticələr ləğv edilib:
"Həmin məntəqələrində Bəcirəvan kənd bələdiyyəsinə seçkilər keçirilib. MSK-nın qərarına əsasən, həmin məntəqələrdə seçkinin nəticələri etibarsız sayılıb".