İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib -

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib - FƏRMAN

03 Fevral 2025

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.