Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb

03 Fevral 2025

Azərbaycan və Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı parlamentin yaz sessiyası üzrə bugünkü ilk plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarında dəyişiklik layihəsi müzakirə edilib.

Layihəyə əsasən, işçi qrupunun rəhbəri deputat Səbinə Salmanova təyin edilib.

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.