Ekosid nədir ? -

Ekosid nədir ? - HÜQUQ MƏSLƏHƏTİ

03 Fevral 2025

Sual: Ekosid nədir?

Cavab: 19 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Sülh və insanlıq əleyhinə cinayətlər fəsilinə yeni məzmunda 104-1-ci maddə (Ekosid) əlavə edilmişdir. Ekosid bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratmasıdır.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov