
Rafail Quliyev Naxçıvanın kənd təsərrüfatı naziri təyin edilib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir vəzifəsinə namizədin təqdimatı Naxçıvan Muxtar Respublikasının Baş naziri tərəfindən 2025-ci il 20 may tarixində Ali Məclisə təqdim edilib.
Təqdimat Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin növbəti plenar iclasında oxunub və namizəd – Rafail Cəbrayıl oğlu Quliyev haqqında ətraflı məlumat verildikdən sonra onun kənd təsərrüfatı naziri vəzifəsinə təsdiq edilməsi barədə qərar səsverməyə çıxarılaraq qəbul olunub.