Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb

Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb

03 Fevral 2025

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən XXXIII “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan 21 yaşlı milli üzvü finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.

Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib. Oyun turnirin reytinq favoriti olan rəqibin 2:0 (21:17, 21:14) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Keişa Fatimə Zəhra hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.