Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb

28 İyul 2025

Azərbaycan təmsilçisi Lətif Əliyev İspaniyanın paytaxtı Madriddə keçirilən 15 yaşadək ağırlıqqaldıranların Avropa birinciliyində qızıl medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 71 kq çəki dərəcəsində yarışan atlet birdən qaldırma hərəkətində 108 kq nəticə göstərərək qızıl medala sahib olub.

Lətif təkanla qaldırma hərəkətində 129 kq çəkini başı üzərinə qaldırıb. Beləliklə iki hərəkətin cəmində 237 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin gümüş medalını qazanıb.