
Humay Qafarova millimizin heyətində daha bir uğura nail olub - FOTO
Portuqaliyanın paytaxtı Lissabon şəhərində “5th World Gym for Life Challenge” beynəlxalq yarışması keçirilib. Azərbaycanı bu yarışda “Gimnastika hamı üçün” növü üzrə təmsil edən milli komandamız uğurlu çıxışı ilə fərqlənib. Naxçıvanda bədii gimnastika və gimnastika hamı üçün idman növləri üzrə məşqçi kimi fəaliyyət göstərən Humay Qafarova da yarışmada çıxış edən komandamızın heyətində olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, müxtəlif yaş və bacarıq səviyyəsinə malik üzvlərdən ibarət “Flame” komandası kreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu ilə münsiflər heyətinin diqqətini cəlb edərək ikinci yerə layiq görülüb.