Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub

Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub

20 Fevral 2026

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.

Qanuna əsasən, 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilmiş Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyası təsdiq edilib.