Azərbaycan səfirliyi Türkmənistanda beynəlxalq sərgidə iştirak edib
Azərbaycan səfirliyi Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən "Diplomatiya Günü"nə həsr olunmuş beynəlxalq sərgidə iştirak edib.
Səfirlikdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən xəbərə görə, tədbir çərçivəsində Azərbaycanın zəngin tarixi irsi, mədəniyyəti, incəsənəti və turizm potensialını özündə əks etdirən edən nəşrlər nümayiş olunub.
"Made in Azerbaijan", "Travel to Azerbaijan" və WUF13 ilə bağlı broşürlər paylanılıb, "Azerbaijan.travel"ı tərənnüm edən videoçarx göstərilib.
Tədbir iştirakçılarına Azərbaycanda "Şəhərsalma və Arxitektura İli" çərçivəsində mayın 17-22-də Bakıda keçiriləcək WUF13 tədbiri, o cümlədən ölkənin davamlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, dayanıqlı inkişaf hədəfləri və qlobal şəhərsalma gündəliyində artan rolu barədə ətraflı məlumatlar verilib.
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ölkə rəsmiləri və diplomatik korpus nümayəndələri ilə birlikdə Azərbaycan guşəsi ilə tanış olub.








