
Azərbaycan “ExxonMobil”lə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan ABŞ-ın ən iri neft şirkətlərindən olan “ExxonMobil”lə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr korporasiyasının vitse-prezidenti Con Ardillə görüşdə aparılıb: "Şirkətlə uzunmüddətli tərəfdaşlığımızı müzakirə etdik".