Bu şəxslər Sədərək döyüşlərinin iştirakçısı Nəzifə Qaybalıyevanı ziyarət ediblər -

Bu şəxslər Sədərək döyüşlərinin iştirakçısı Nəzifə Qaybalıyevanı ziyarət ediblər - FOTO

19 Mart 2025

Bu gün İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin Sədri Elnur İbrahimov və Agentliyin əməkdaşları Sədərək döyüşlərinin iştirakçısı, qazi və tibb bacısı Qaybalıyeva Nəzifə xanımı ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüş zamanı Nəzifə xanım Sədərək döyüşləri zamanı göstərdiyi şücaət, əsgərlərimizin qəhrəmanlığı və o dövrdə yaşanan çətinliklər haqqında danışıb. O, Vətən uğrunda savaşan igidlərimizin döyüş meydanında sərgilədiyi fədakarlıq və qətiyyətin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

İcbari Tibbi Sığorta Agentliyinin sədri Elnur İbrahimov qazilərimizin cəmiyyət üçün əvəzsiz xidmətlər göstərdiyini vurğulayaraq, onların sağlamlığının və rifahının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. O, qazilərin tibbi xidmətlərdən yararlanması, onların sağlamlığının qorunması üçün Agentliyin bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Görüş səmimi söhbət və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. İcbari Tibbi Sığorta Agentliyi qazilərimizin sağlamlığına və rifahına xüsusi önəm verməyə davam edəcəkdir.