Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni badam bağı salınıb

Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində yeni badam bağı salınıb - FOTO

19 Mart 2025

Martın 19-da “Konstitusiya və Suverenlik İli” həsr olunan ağacəkmə aksiyası keçirilib. Aksiyasiyada Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev məlumat verib ki, “Konstitusiya və Suverenlik İli” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planınına uyğun olaraq cari il ərzində muxtar respublikada 408 hektar sahədə yeni yaşıllıqların və əkin bərpa işlərinin aparılması planlaşdırılıb. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, daha sonra ağacəkmə aksiyasına başlanılıb. 5 hektar əraziyə 3100 ədəd badam tingi əkilib. 

Xatırladaq ki, Şərur rayonu, Dizə-Axura avtomobil yolunun sol kənarında baş tutan ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər və Ədliyyə nazirliklərinin, Şərur Rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının əməkdaşları və ekokönüllülər iştirak ediblər.