Azərbaycan müdafiə naziri "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb -

Azərbaycan müdafiə naziri "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - VİDEO

21 Oktyabr 2025

Özbəkistanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində azərbaycanlı hərbi qulluqçularla görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Keçirilən təlimin ölkələr arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin orduların yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.