Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub
Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması müzakirə olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoyla birgə Bakıda keçirdiyi mətbuat üçün brifinqdə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi potensial çox yüksəkdir:
"Bu mənada, Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin artırılmasını və qarşılıqlı həyata keçirilən investisiyalaları müzakirə etdik. Əməkdaşlıq üçün bir neçə sahəyə toxunduq, bunların sırasında enerji sektorundakı əməkdaşlıq diqqət çəkir. Bu sırada Azərbaycan qazının Moldovoya çatdırılmasındakı mövcud təcrübə təqdir edildi. Eyni zamanda son illərdə Azərbaycan qazının alıcı coğrafiyasının genişlənməsi daha geniş əməkdaşlıq perspektivi kimi dəyərləndirildi".
C.Bayramov həmçinin Orta Dəhlizin geniş potensialı, Ələt Azad İqtisadi Zonası və digər məsələləri də müzakirə etdiklərini bildirib.
Nazir bununla yanaşı iki ölkə arasındakı münasibətlərdə humanitar sahəyə də diqqət ayırdıqlarını, mədəniyyət, təhsil, idman, elm kimi sahələrdə çox böyük perspektivlər olduğunu da söyləyib.








