Azərbaycan və Moldova baytarlıq sahəsində əməkdaşlq edəcək

Azərbaycan və Moldova baytarlıq sahəsində əməkdaşlq edəcək

11 Aprel 2025

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə Moldovanın Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sənəddə baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Memoranduma bu gün Bakıda keçirimiş Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında imza atılıb.