Azərbaycanda aqrar sektor 1,4 % böyüyüb

Azərbaycanda aqrar sektor 1,4 % böyüyüb

11 İyul 2025

Bu ilin I yarısında Azərbaycanda 6 milyard 640 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,8 % artaraq 3 milyard 166,9 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə % artaraq 3 milyard 473,1 milyon manat təşkil edib.

İyulun 1-nə qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 125,4 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 8,6 % çox dənli və dənli paxlalı bitkilər, 820,8 min ton və yaxud 4,5 % az tərəvəz, 367 min ton və yaxud 2,5 % çox kartof, 186,5 min ton və yaxud 6,8 % çox meyvə və giləmeyvə, 129,2 min ton və yaxud 1,1 % çox bostan məhsulları, 13,7 min ton və yaxud 27,3 % çox şəkər çuğunduru, 648,5 ton və yaxud 13,3 % çox tütün, 572,1 ton və yaxud 15,4 % çox yaşıl çay yarpağı yığılıb.

Yanvar-iyun aylarında diri çəkidə 293,5 min ton ət, 1 137,4 min ton süd, 1217,3 milyon ədəd yumurta, 13,4 min ton yun, 186,2 ton barama istehsal olunub. Ötən ilin 6 ayı ilə müqayisədə yumurta istehsalı 2,4 %, ət istehsalı 1,1 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 3 %, barama istehsalı 22,2 % azalıb.