Azərbaycanda bu il hakimlərin sayının 700-ü keçəcəyi proqnozlaşdırılır

Azərbaycanda bu il hakimlərin sayının 700-ü keçəcəyi proqnozlaşdırılır

20 Fevral 2026

Azərbaycanda bu il hakimlərin sayının 700-ü keçəcəyi proqnozlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin II Forumunda deyib.

Onun sözlərinə görə, 2025-ci ildə məhkəmələrdə iş yükü əhəmiyyətli dərəcədə artıb:

"Buna baxmayaraq, hakimlərimizin peşəkarlığı, yüksək məsuliyyət hissi və çevikliyi sayəsində işlərə vaxtında baxılması təmin edilib. Şəffaf seçim mexanizmi əsasında 83 yüksək hazırlıqlı hüquqşünas hakim vəzifəsinə təyin olunub. Beləliklə, hakim korpusunun sayı 676 nəfərə çataraq ilk dəfə maksimum həddə yüksəlib. Bu il isə hakimlərin sayının 700-ü keçməsi proqnozlaşdırılır. Bu, həm iş yükünün optimallaşdırılmasına, həm də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına töhfə verəcək".

İnam Kərimov əlavə edib ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hüquqi məsələlərin həllində yanaşmanın sabitliyinin və məhkəmə mövqelərinin proqnozlaşdırılan olmasının təmini istiqamətində işlər davam etdirilib:

"Belə ki, əlavə və dəyişikliklərlə birgə Ali Məhkəmə tərəfindən 10 Plenum qərarı, 2 kollegiya qərardadı qəbul edilib, 45 yekun məhkəmə qərarına 3 ulduz statusu verilib".