Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20 Fevral 2026

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlandığını deyib:

"Xüsusilə iddia ərizələri, apellyasiya, kassasiya şikayətləri məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlər, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə süni intellekt vasitəsilə baxılacaq".

Onun sözlərinə görə, bu sahədə son məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir:

"Beləliklə, vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər".