Azərbaycanda bu ilin 11 ayında 32 mindən çox şəxsə pensiya təyin edilib
2025-ci ilin yanvar-noyabr ayları ərzində 32 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Məlumata əsasən, əmək pensiyası təyin olunan şəxslərin 68,96%-ni kişilər, 31,04 %-ni isə qadınlar təşkil edib.








