Naxçıvan İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib - FOTO
Dekabrın 6-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan-Şərur magistral yolu istiqamətindəki yaşıllıq sahələrində keçirilən ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Naziriliyi və strukturuna daxil olan tabeliyindəki qurumların rəhbər heyəti və əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində 1000-ə yaxın ərik, badam, alma və digər növ ting əkilib, suvarma işləri aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verməkdir.











