Azərbaycanda dövlət qurumlarına verilən yeni domenlərin sayı 10 % artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 65 yeni domen verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 248 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 27 % azdır.
Təkcə noyabrda 1 yeni domen və 31 subdomen istifadəyə verilib. Bir il əvvəllə müqayisədə domen sayı sabit qalıb, digər göstərici isə 7 % artıb.
2024-cü ildə dövlət qurumları 64 yeni domen və 367 yeni subdomen alıb.








