Bu gün və sabah “Naxtel” xidmətlərində müvəqqəti fasilələr olacaq
Şirkətdən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, fasilələr texniki işlər səbəbindən yaranır və işlər başa çatdıqdan sonra bütün xidmətlər adi rejimdə fəaliyyətini bərpa edəcək.
"Naxtel” MMC Naxçıvan Muxtar Respublikasında telekommunikasiya xidmətləri göstərən şirkətdir.
Bu ilin sentyabrında şirkət fəaliyyətini dayandıracağını açıqlayıb. Bu səbəbdən abunəçilərə 15 dekabradək öz nömrələrini “Azercell”, “Bakcell” və ya “Nar” şəbəkələrinə keçirmələri tövsiyə olunur.








