Köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Növbəti köç karvanı Horovlu kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.








