Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib
Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti fəaliyyəti üzrə aşkar edilən nöqsanların təsnifləşdirilməsi ilə bağlı yeni sənəd layihəsi təqdim edib və onun ətrafında müzakirələr aparılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə quruma istinadən xəbər verir.
Bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib. İclasda Kollegiya üzvləri nöqsan təsnifatının məzmunu, nöqsanların sistemləşdirilməsi və altkateqoriyalara bölünməsi, bunun müvafiq İnformasiya Sistemində nəzərə alınması və gələcəkdə nöqsanlara dair vahid yanaşmanın tətbiqi imkanları, həmçinin nöqsanların qarşısının alınmasına yönəlmiş tövsiyələrin icrasına nəzarət mexanizmləri müzakirə edib.
Müzakirələrin nəticələrinə əsasən sədr kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə tapşırıqlar verib, iclasın sonunda gündəlikdəki məsələ üzrə müvafiq qərar qəbul edilib.








