Ər-arvadın bir-birini saxlamaq vəzifəsi dedikdə nə başa düşülür? -

Ər-arvadın bir-birini saxlamaq vəzifəsi dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

27 Noyabr 2025

Sual: Ər-arvadın bir-birini saxlamaq vəzifəsi dedikdə nə başa düşülür?

Cavab:  Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən:

Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər:

Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər:

1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;

2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;

3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad;

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə