Xələf Xələfov Türkiyə XİN başçısının müavini ilə görüşüb
Azərbaycan Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Ankarada Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mövcud vəziyyəti, regional proseslər və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə olunub.








