Naxçıvanda vəkil Yusif Seyfəlovla bağlı araşdırma aparılır -

Naxçıvanda vəkil Yusif Seyfəlovla bağlı araşdırma aparılır - Prokurorluq faktı təsdiqlədi

26 Noyabr 2025

Sosial şəbəkədə Azərbaycan Vəkillər Kollegiyasının üzvü Yusif Seyfəlovun Naxçıvan Muxtar Respublikasında vətəndaşlara hüquqi yardım göstərmək adı ilə aldadaraq pullarını ələ keçirməsi və göstərilən xidmətləri yerinə yetirməməsi barədə məlumatlar yayılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" olaraq məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə əlaqə saxladıq. Qurumdan məlumat təsdiqlənərək bildirildi ki, fakt üzrə araşdırma aparılır.

Vəkil Yusif Seyfəlovun vətəndaşlara hüquqi yardım göstərmək adı ilə törətdiyi qanuna zidd əməllərdən zərərçəkən şəxslər Muxtar Respublika Prokurorluğuna müraciət edə bilərlər.