Naxçıvanda 84 dövlət əmlakı özəlləşdirilib
2025-ci ilin yanvar–oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 84 dövlət əmlakı özəlləşdirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,2 milyon manat vəsait daxil olub. Bu məbləğin 898 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə yönəldilib.
Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 195 çıxarış verilib.








